AZ

Myanmarda yanacaq qiymətləri 2021-ci il çevrilişindən bəri ən yüksək həddə çatıb

Myanmarda yanacaq qiymətləri 2021-ci il çevrilişindən bəri ən yüksək həddə çatıb

Myanmarda yanacaqdoldurma məntəqələrində ehtiyatların yenidən tükənməsi ilə yanacaq qiymətləri 2021-ci ildəki hərbi çevrilişdən bəri ən yüksək səviyyəyə yüksəlib. 

AFN.az xəbər verir ki, "İrrawaddy" saytının yaydığı məlumata görə, Myanmar Yaxın Şərqdəki gərginlik səbəbindən yaranan yanacaq böhranının fəsadları ilə mübarizə aparır.

Hərbi rəhbərliyin Energetika Nazirliyi sürücülərin həftədə yalnız iki dəfə 45 litr yanacaq almasını nəzərdə tutan kvota tətbiq edərək yanacaq satışına məhdudiyyət qoyub. Məntəqələrdə ehtiyatların tükənməsi qiymətlərin rekord həddə çatmasına rəvac verib.

ABŞ-İsrail və İran arasındakı müharibə səbəbindən Yaxın Şərqdəki neft və mayeləşdirilmiş təbii qazın (LNG) dünya bazarlarına çatdırılmasını təmin edən Hürmüz boğazının faktiki olaraq bağlanması enerji bazarlarında dərin böhrana yol açıb.

Seçilən
32
afn.az

1Mənbələr