AZ

Əksər bölgələrdə intensiv xarakterli yağış yağır

Bakı. Trend:

Martın 28-i saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, ölkə ərazisindəqeyri-sabit hava şəraiti davam edir.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdəintensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında yağan yağıntının miqdarı133 mm-ə çatıb. Bu da aylıq normanın 564 %-ni təşkil edir.

Seçilən
20
50
az.trend.az

10Mənbələr