AZ

Azərbaycan Yüksək Liqasında 1/4 finalın növbəti oyunları keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin daha iki oyunu baş tutub.

90deqiqe.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən qarşılaşmalarda "Abşeron" komandası "Milli Aviasiya Akademiyası"na, UNEC isə "Gəncə"yə 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, ötən gün keçirilən bu mərhələnin ilk oyunlarında "Azərreyl" "DH Volley"ə, "Murov Az Terminal" isə "Turan"a 0:3 hesabı ilə uduzub.

1/4 final mərhələsinin cavab görüşləri aprelin 2-3-də keçiriləcək.

Seçilən
25
10
90deqiqe.az

10Mənbələr