AZ

Yağışa görə bu oyunlar da təxirə salındı

AFFA-nın bayrağı altında təşkil edilən aşağı yaş liqalarında həftəsonu keçirilməsi planlaşdırılan oyunlar təxirə salınıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda qurumun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, matçların vaxtı qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar dəyişdirilib:

"AFFA-nın bayrağı altında təşkil edilən U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının Bakı, Sumqayıt, Siyəzən və Zaqatala zonalarında həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar təxirə salınıb".

Xatırladaq ki, daha öncə AFFA-nın bayrağı altında təşkil edilən U-12 Qızlar Liqası, U-14 Qızlar Liqası, U-16 Qızlar Liqası və Yüksək Qızlar Liqasının 28-30 mart tarixlərində keçirilməsi planlaşdırılan oyunları da qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Seçilən
1
7
football-plus.az

10Mənbələr