AZ

Qalyandan protein qəbul etmək – Səudiyyədə sensasion yenilik

Səudiyyə Ərəbistanında ənənəvi qalyanı əvəzləyən yeni “protein qalyanı” təqdim olunub və bu yenilik artıq geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, bu cihaz klassik qalyandan fərqli olaraq tütün və nikotin istifadə etmir. Onun yerinə bitki əsaslı qarışıq və "melassa" əsasında buxarlanma sistemi tətbiq edilir. Ən diqqətçəkən məqam isə qarışıma idman əlavələrinin – zərdab proteini, kreatin, BCAA və “pre-workout” komplekslərinin daxil edilməsidir.

İddia olunur ki, təxminən 45 dəqiqə istifadə zamanı insan orqanizmi 25 qramadək zülal qəbul edə bilir. İstehsalçılar bildirir ki, maddələrin ağciyərlər vasitəsilə daxil olması onların daha sürətli mənimsənilməsinə səbəb olur.

Yeni nəsil “qalyan bar”lar artıq GymNation bazasında Riyad şəhərində fəaliyyətə başlayıb. Layihənin yaxın zamanda Cəddah, Dubay, Abu Dabi və Bəhreyn kimi məkanlarda da genişləndirilməsi planlaşdırılır.

Musavat.com

Seçilən
61
musavat.com

1Mənbələr