AZ

Kay Haverts: “Gələcəyimi “Arsenal”da görürəm”

“Arsenal” və Almaniya millisinin hücumçusu Kay Haverts İngiltərə klubundakı gələcəyi barədə danışıb.

“Düzünü desəm, “Arsenal”dan ayrılacağım barədə heç nə eşitməmişəm. Bu klubda özümü evdəki kimi hiss edirəm. Düşünürəm ki, komandadakı hər kəs məndən razıdır. Bəli, bu, mənim üçün çətin mövsüm olub, amma gələcəyimi mütləq “Arsenal” və Londonda görürəm”, - İdman.Biz Havertsin sözlərini sitat gətirir.

Haverts “Alemannia A1” və “Bayer Leverkuzen”in yetirməsidir və həmçinin Leverkuzen komandasında da yüksək səviyyədə oynayıb. Alman futbolçu həmçinin “Çelsi”də çıxış edib. O, 2023-cü ildən “Arsenal”da oynayır.

İdman.Biz
Seçilən
39
1
idman.biz

2Mənbələr