AZ

İranda çağırış yaşı 12-yə endirildi:UŞAQLAR HƏRBİ XİDMƏTƏ CƏLB OLUNURLAR

İranda hərbi xidmət qaydalarında dəyişiklik edildi: çağırış üçün minimum yaş həddi 12-yə endirilib.

 

"Al Arabiya" xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbər müavini deyib.

 

Bildirilib ki, 12-13 yaşlı yeniyetmələr könüllü əsasda silahlı qüvvələrə qoşulmağa çağırılıb.

 

Məlumata görə, 12 yaşdan yuxarı uşaqlar kəşfiyyat fəaliyyətlərində iştirak, operativ patrul xidmətində yer alma, "Bəsic" nəzarət-keçid məntəqələrində xidmət, hərbçilər üçün yemək hazırlanması, yaralı əsgərlərə qulluq və digər köməkçi işlərə cəlb olunacaqlar.

 

Qeyd olunur ki, məktəblilərin cəlb edilməsi proqramı "İranlılar üçün" adlanır.

 

Telekanal vurğulayır ki, bu qərar İranın uşaqların hərbi əməliyyatlarda istifadəsini qadağan edən beynəlxalq öhdəliklərinə ziddir.

 


Seçilən
5
8
senzor.az

10Mənbələr