AZ

İrana hücum dəhşətli ərzaq böhranı yaradır

İranda münaqişənin davam etməsi gübrə bazarında genişmiqyaslı böhrana səbəb olacaq.

Publika.az xəbər verir ki, bu barədə "Telegraph" məlumat yayıb.

Nəşr BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının əmtəə şöbəsinin keçmiş rəhbəri Əbdülrza Abbasiandan sitat gətirib. Abbasianın sözlərinə görə, Hörmüz boğazı sabah açılsa belə, vəziyyət yenə də çətin olaraq qalacaq.

Abbasyan nəşrə açıqlamasında deyib: "Amma müharibə daha bir ay və ya daha çox davam edərsə, əvvəllər heç vaxt yaşamadığımız və həqiqətən də dəhşətli miqyasda olacaq bir böhranla qarşılaşacağıq".

"Telegraph"ın məlumatına görə, Yaxın Şərqdə davam edən dəhşətli münaqişə 27 gün ərzində karbamid, ammonyak və kükürd tədarükü prosesini dayandırıb. ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatlar qlobal azot gübrəsi ticarətinin 45%-nin ya pozulmasına, ya da dayandırılmasına və ya ciddi şəkildə təhlükə altına düşməsinə səbəb olub.

Seçilən
4
25
publika.az

10Mənbələr