Meyvələr sağlam həyatın ayrılmaz hissəsidir. Onların tərkibindəki vitaminlər, minerallar, lif və antioksidantlar orqanizmi həm xəstəliklərdən qoruyur, həm də gümrah saxlayır.Metbuat.az xəbər verir ki, həkimlər balanslı qidalanma üçün gündə ən azı 3-4 porsiya meyvə qəbulunu tövsiyə edirlər. Alma – “Gündə bir alma həkimi evdən uzaq saxlayar” deyimi təsadüfi deyil. Almanın tərkibindəki C vitamini immuniteti gücləndirir, lif isə bağırsaq fəaliyyətini yaxşılaşdırır. Həmçinin xolesterini azaldaraq ürək-damar sağlamlığını qoruyur.Banan – Kaliumla zəngin olan banan ürək və əzələ sağlamlığı üçün çox faydalıdır. Enerji verdiyinə görə idmanla məşğul olanlar üçün ideal seçimdir.Nar – Güclü antioksidant olan nar qanın təmizlənməsinə və orqanizmin infeksiyalara qarşı mübarizəsinə kömək edir. Qanazlığının qarşısını alır və qan dövranını yaxşılaşdırır.Üzüm – Damarları möhkəmləndirir, yaddaşı gücləndirir, sinir sisteminə müsbət təsir göstərir. Təzə və ya quru halda istifadə oluna bilər.Portağal və digər sitrus meyvələri – C vitamini deposu olan portağal soyuqdəymə və qripdən qoruyur. Həmçinin dərinin elastikliyini artırır, erkən qocalmanın qarşısını alır.Armud – Tərkibindəki liflər həzmi yüngülləşdirir, böyrəklərin fəaliyyətini yaxşılaşdırır və orqanizmdən zərərli maddələrin çıxarılmasına yardım edir.Çiyələk və giləmeyvələr – Çiyələk, böyürtkən, qaragilə kimi giləmeyvələr güclü antioksidant təsirə malikdir, yaddaşı möhkəmləndirir və xərçəng riskini azaldır.Qarpız və yemiş – Xüsusən yay aylarında orqanizmi susuzluqdan qoruyur, böyrəklərin fəaliyyətini yaxşılaşdırır və bədəni toksinlərdən təmizləyir.Kivi – Tərkibindəki C vitamini portağaldan daha çoxdur. İmmuniteti gücləndirir, qan dövranını yaxşılaşdırır və yorğunluğu aradan qaldırır.