AZ

Dağıstanda 100 ilin ən güclü daşqını: Fəlakət Çeçenistan və İnquşetiyaya da yayıldı - VİDEO

Dağıstanda son yüz ilin ən güclü daşqını davam edir. Təbii fəlakət qonşu Çeçenistan və İnquşetiyaya da keçib.

Bizim.Media xəbər verir ki, sel nəticəsində körpülər və keçidlər dağılıb, minlərlə insan işıqsız və susuz qalıb. Bəzi rayonlarda isə sel axınları və torpaq sürüşmələri başlayıb.
 

Dağıstanın bütün ərazisində bazar ertəsinə qədər yüksək hazırlıq rejimi elan olunub. Ən çox yağıntı Mahaçqala, Dərbənd, həmçinin Axtı, Kuppa, Kasumkənd, İzberbaş, Kumuх, Dağıstan Oqni və digər yaşayış məntəqələrində qeydə alınıb. Müxtəlif bölgələrdən evlərin və küçələrin su altında qalması barədə məlumatlar daxil olur. Minlərlə sakin elektrik enerjisiz qalıb.


Qonşu Çeçenistanda da vəziyyət ağır olaraq qalır. Benoy-Vedeno qəsəbəsində yolu sel aparıb və sakinlər yaşayış məntəqəsində blokadada qalıblar. Balansu kəndində Nojay-Yurt istiqamətində avtomobil yolunun bəzi hissələrinin dağıldığı bildirilir.

Bir sıra kəndlərdə torpaq sürüşmələri müşahidə olunur. Avturi kəndindəki əsas körpü isə tamamilə məhv olub — beton qurğunu güclü su axını yuyub aparıb.

Daşqın İnquşetiyaya da çatıb. Güclü yağışlar səbəbindən burada da elektrik enerjisi və su təchizatında fasilələr yaranıb.


Bizim.Media

Seçilən
7
5
bizim.media

7Mənbələr