AZ

Mingəçevirdə avtomobil kanala düşdü - Sürücü xəsarət aldı

Mingəçevirdə idarəetmədən çıxan avtomobil kanala düşüb, sürücü xəsarət alıb.
 
Moderator.az-ın məlumatına görə, hadisə Tərəvəzçilik yaşayış massivi ərazisində baş verib. “Renault” markalı avtomobil yoldan çıxaraq kanala aşıb.
 
Qəza nəticəsində 33 yaşlı sürücü Babək Mehdiyev yaralanıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Seçilən
1
8
moderator.az

10Mənbələr