AZ

Hörmüz böhranı Hindistan iqtisadiyyatına təzyiq edir

Aprelin 1-dən başlayacaq yeni maliyyə ili ərəfəsində Hindistan hökuməti iqtisadi artım proqnozlarını yenidən nəzərdən keçirir. 

Ötən gün açıqlanan rəsmi hesabatda illik artım 7-7,4 faiz proqnozlaşdırılsa da, Yaxın Şərqdəki hərbi-siyasi gərginlik bu rəqəmləri sual altına qoyub.

​Hörmüz boğazındakı qeyri-sabitlik Hindistanda yanacaq qiymətlərinin artmasına və logistik zəncirin pozulmasına səbəb olub. Eyni zamanda, milli valyuta – rupi digər xarici valyutalar qarşısında sürətlə dəyər itirir. İqtisadçıların qənaətinə görə, aprel ayının ilkin göstəricilərindən sonra rəsmi artım proqnozunun aşağı salınması qaçılmazdır.

XQ

Seçilən
37
1
xalqqazeti.az

2Mənbələr