AZ

Feldmarşal Paulyusu əsir götürən keçmiş döyüşçü vəfat edib

İkinci Dünya Müharibəsində Stalinqradda feldmarşal Fridrix Paulyusu əsir götürən Vasili Zinçenko 102 yaşında vəfat edib.

APA xəbər verir ki, keçmiş döyüşçü Qazaxıstanda yaşayıb və 102 yaşının tamam olmasına bir gün qalmış dünyasını dəyişib.

Vasili Zinçenko könüllü olaraq Qırmızı Ordu sıralarına qoşulub, kəşfiyyatçılar məktəbində təhsil alıb, Ukrayna, Belarus və Polşanın azad olunmasında iştirak edib, həmçinin Berlinin alınmasında döyüşüb.

O, Qırmızı Ulduz ordeni, II dərəcəli Vətən Müharibəsi ordeni, III dərəcəli Şöhrət ordeni, eləcə də “Stalinqradın müdafiəsinə görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunub.

Seçilən
11
5
apa.az

6Mənbələr