AZ

Dağıstanda əlverişsiz hava səbəbindən 12 yaşayış məntəqəsi qazsız qalıb

Dağıstanın əlverişsiz hava şəraitindən zərər çəkmiş 12 yaşayış məntəqəsində qaz təchizatının bərpası üzrə işlər aparılır.

"Far.Az" xəbər verir ki, bu barədə "Qazprom mejregionqaz Mahaçqala"nın mətbuat xidmətindən məlumat verilib.

"Qurumun baş direktoru Rizvan Muradov Axtı, Dokuzpara və Xasavyurd rayonları ərazisindəki 12 yaşayış məntəqəsini, eləcə də Mahaçqala şəhərinin Talqi qəsəbəsini əhatə edən qaz təchizatındakı qəza pozuntularının aradan qaldırılmasına həsr olunmuş operativ müşavirə keçirib", - məlumatda deyilir.

Dəqiqləşdirilib ki, nasazlıqların aradan qaldırılması işləri ilə xüsusi texnikadan istifadə etməklə briqadalar məşğul olur. Zəruri maddi-texniki resursların tədarükü təmin edilib. Bərpa işlərinin aparılması dağlıq ərazidəki obyektlərin əlçatmazlığı, eləcə də torpaq sürüşmələri və yağışlar səbəbindən mürəkkəbləşir.

Seçilən
12
2
far.az

3Mənbələr