AZ

Bakıda böyük kollektorlar tikilir 900 milyonluq layihə

Bakıda böyük kollektorlar tikilir.

Missiya.Az BakuPost-a istinadən xəbər verir ki, dövlət proqramına uyğun olaraq 2025-ci ilin ortalarından başlayaraq Bakı ətrafında böyük kollektorların tikintisinə başlanılıb. Layihə çərçivəsində Bilgəh–Nardaran–Pirşağı və Nobel prospektindən Zığdakı təmizləyici qurğuya qədər uzanan xətlər inşa olunur.

Bundan başqa, Ceyranbatan–Müşfiq və Xocəsən–Lökbatan istiqamətlərində də iri kollektor və təmizləyici qurğular tikilir. Bu layihələr paytaxtın bir sıra ərazilərində kanalizasiya sisteminin yaxşılaşdırılmasına xidmət edəcək.

Məlumata görə, layihələrin ümumi dəyəri təxminən 900 milyon manatdır. Bildirilir ki, işlər Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Gələcək mərhələdə Pirallahı, Şüvəlan və Sahil qəsəbəsi ərazilərində də oxşar layihələrin icrası nəzərdə tutulur.

Seçilən
20
missiya.az

1Mənbələr