AZ

SOCAR-a yaxın şirkət yaradılıb

Azərbaycan Respublikası Dövlət Nefti Şirkətinin (SOCAR) strukturunda daha bir şirkət təsis edilib.

Banker.az xəbər verir ki, 17 mart tarixindi “SOCAR ESPX” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.

Şirkət 100 manat nizamnamə kapitalı ilə Bakı şəhəri Səbail rayonu, Neftçilər pr., ev 73-də — “Azneft”in yerləşdiyi ünvanında qeydiyyata alınıb.

“SOCAR ESPX”in direktoru isə “Azneftin” direktoru Kamran Cəfərovdur.

Bu, 2026-cı ildə SOCAR brendində yaradılan ikinci şirkətdir. Bundan öncə isə yanvarda “SOCAR Korporativ Servislər” MMC təsis edilmişdi.

Seçilən
13
banker.az

1Mənbələr