Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb.
Xezerxeber.az-ın APA-ya istinadən məlumatına görə, son günlər respublikanın ərazisində aramsız yağan yağışlarla bağlı Pirsaat çayında bol sululuq səbəbindən Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb.
Anbara daxil olan syun miqdarı saniyədə 2 kub metrdən 20 kub metrə qədər artıb. Nəticədə böyük su axınını özündə saxlaya bilməyən su anbarından su axının həcmi və suyun maksimal sürəti rayonun Bakı-Qazax magistralının sol tərəfində yerləşən Rəncbər və Qubalı-Baloğlan kəndlərinin bəzi yerlərində su kanallarının məcrasından çıxmasına səbəb olub.
Hazırda Hacıqabul İcra hakimiyyəti və müvafiq qurumlar tərəfindən kanalətrafı ərazilərdə qabaqlayıcı tədbirlər görülməsi üçün texnika və canlı qüvvə səfərbər olunub.