AZ

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü 7 ağır yaralı var

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İngiltərənin Derbi şəhərində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində yeddi nəfər ağır xəsarət alıb.Bizim.Media “The Independent”ə istinadla xəbər verir ki, hadisə ilə bağlı 30 yaşlarında bir şəxs saxlanılıb.Məlumata görə, hadisə şənbə günü axşam saat 21:30 radələrində şəhərin “Friar Gate” ərazisində baş verib.

 

Derbişir polisinin yaydığı açıqlamaya əsasən, hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları yeddi nəfərə ilkin yardım göstərdikdən sonra onları xəstəxanaya çatdırıblar.

Bildirilib ki, zərərçəkənlər müxtəlif dərəcəli ağır xəsarətlər alsalar da, onların həyatları üçün təhlükə yoxdur.Hadisədən qısa müddət sonra Hindistan əsilli olduğu bildirilən 30 yaşlarında bir şəxs saxlanılıb.O, qəsdən adam öldürməyə cəhd, təhlükəli sürücülük nəticəsində ağır xəsarətlər yetirmə, həmçinin digər ittihamlar üzrə şübhəli bilinir və hazırda polis nəzarətində saxlanılır.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
6
bizim.media

10Mənbələr