AZ

Kubada 11 mindən çox uşaq əməliyyat gözləyir

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kubaya qarşı enerji blokadası səhiyyə vəziyyətinə mənfi təsir göstərib.

Axar.az xəbər verir ki, bunu Kubanın xarici ticarət və investisiyalar naziri Oskar Peres-Oliva Fraqa deyib.

“100 mindən çox insan əməliyyat üçün növbədə gözləyir və onlardan 11 mindən çoxu uşaqdır”, - nazir bildirib.

Onun sözlərinə görə, enerji böhranı həyatın bütün sahələrinə təsir edib:

“Xüsusilə, gündəlik elektrik kəsintiləri qida istehsalına, daşınmasına və saxlanmasına mənfi təsir göstərib. Yanacaq çatışmazlığı su təchizatı sistemlərinin normal işləməsinə də mane olur”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
50
axar.az

10Mənbələr