...Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Cənubi Koreya Ukraynaya ölümcül silahların tədarükündə iştirak edərsə, Moskva cavab tədbirlərinə əl ata bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Yonhap bildirib.Mümkün tədbirlər haqqında bəyanat...
Seul Kiyevə hərbi yardımla bağlı mövqeyini dəyişərsə, Rusiya tərəfi cavab tədbirlərinə icazə verir.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bunu rus təbliğatçılarına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Moskva dəfələrlə öz mövqeyini müxtəlif kanallar vasitəsilə Cənubi Koreya tərəfinə çatdırıb.
Rusiyanın silah təchizatı ilə bağlı mövqeyi...
Rudenko vurğulayıb ki, Rusiya Cənubi Koreyanın Ukraynaya silah tədarükündə, o cümlədən beynəlxalq təşəbbüslər vasitəsilə iştirakını qəbuledilməz hesab edir.
O bildirib ki, “...biz Cənubi Koreyanın Kiyev rejiminə ölümcül silahların birbaşa və ya dolayı yolu ilə tədarükündə, xüsusən də PURL təşəbbüsü çərçivəsində iştirakının yolverilməzliyi ilə bağlı prinsipial mövqeyini müxtəlif kanallar vasitəsilə Cənubi Koreya tərəfinə ardıcıl olaraq çatdırmışıq”.
Münasibətlərin pisləşməsi təhlükəsi...
Rusiyalı diplomat həmçinin ikitərəfli münasibətlər üçün mümkün nəticələr barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, əgər belə addımlar atılarsa, ölkələr arasında əməkdaşlıq xeyli pisləşə bilər.
...Əks halda, Rusiya ilə Cənubi Koreya arasında ikitərəfli münasibətlərə ciddi ziyan dəyə bilər və biz cavab tədbirləri görməyə məcbur olacağıq. Ümid edirəm ki, bu, baş verməyəcək, - deyə Rudenko bildirib.
Bu cür xəbərdarlıqların verilməsi ilk dəfə deyil. Təxminən bir ay əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri Seulun Ukraynanın Prioritetləşdirilmiş Tələblər Siyahısına (PURL) qoşulacağı təqdirdə mümkün cavab tədbirləri barədə xəbərdarlıq etmişdilər.
Əli Babayev