“Bayern”in qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1\4 final mərhələsinin “Real”la aprelin 7-də keçiriləcək oyununda iştirak edə biləcək.
Msport.az xəbər verir ki, 40 yaşlı futbolçu zədədən əziyyət çəkirdi.
Noyer Bundesliqanın 28-ci turunun aprelin 4-də “Frayburq”la matçda meydana çıxa bilər.
Münhen klubunun 2-ci qapıçısı Yonas Urbiq də diz zədəsini başa vurub həmin görüşə hazır olacaq.
Noyer bu mövsüm klub səviyyəsində 29 oyunda meydana çıxıb.