AZ

İtaliya XİN İsrail səfirini çağırıb

İtaliya XİN İsrail səfirini çağırıb

İtaliyanın Xarici İşlər Nazirliyi Qüdsdəki Müqəddəs Qəbir kilsəsində baş vermiş insidentlə bağlı izahat tələb etmək üçün İsrail səfirini nazirliyə çağırıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliyanın vitse-prezidenti və xarici işlər naziri Antonio Tayani bildirib. O qeyd edib ki, İsrail polisi latın patriarxı kardinal Pyerbatista Pizzaballanın Pasxa öncəsi "Palma bazar günü" messasını icra etmək üçün kilsəyə daxil olmasına icazə verməyib.

İtaliyanın Baş naziri Corcia Meloni bu qadağanı təkcə möminlərə deyil, həm də dini azadlığı tanıyan hər bir icmaya qarşı təhqir adlandırıb. Katolik iyerarxları bu hadisənin son əsrlər ərzində ilk belə presedent olduğunu vurğulayıblar.

Seçilən
49
afn.az

1Mənbələr