
Finlandiyanın cənub-şərqində, Kouvola şəhəri yaxınlığında Ukraynaya məxsus olduğu ehtimal edilən iki pilotsuz uçuş aparatı (PUA) yerə düşüb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin müdafiə naziri Antti Hakkyanen hadisənin ciddi araşdırıldığını və təhlükəsizlik orqanlarının dərhal reaksiya verdiyini bildirib.
Finlandiya Hərbi Hava Qüvvələrinin məlumatına görə, aparatlardan biri Ukraynanın "An-196" tipli dronu kimi identifikasiya edilib. Baş nazir Petteri Orpo dronların Ukraynaya məxsus ola biləcəyini təsdiqləyib.
Qeyd edək ki, bənzər hadisələr son günlərdə Litva, Latviya və Estoniyada da qeydə alınıb.