AZ

İran Küveytdə hərbi bazaya zərbə endirib - yaralananlar var

İranın Küveytdəki hərbi düşərgəyə endirdiyi zərbə nəticəsində on hərbçi yaralanıb.

Ucnoqta.az bildirir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin rəsmi sözçüsü polkovnik Səud Əl-Ətvan məlumat verib.

Sözçü qeyd edib ki, son 24 saat ərzində silahlı qüvvələr Küveyt hava məkanında 14 düşmən ballistik raketi və 12 dron aşkarlayıb. Hərbi düşərgələrdən birinə endirilən zərbə nəticəsində on əsgər yaralanıb.

Müdafiə Nazirliyinin yenilənmiş məlumatlarına görə, 28 fevraldan bəri Küveyt hərbçiləri ölkənin hava məkanında ümumilikdə 307 ballistik raket və 2 qanadlı raket, eləcə də 616 pilotsuz uçuş aparatı aşkar edib.

Seçilən
3
50
ucnoqta.az

10Mənbələr