Prokurorluq qətl hadisəsi barədə məlumat yayıb
Yanvarın 8-də saat 10:30 radələrində Şirvan şəhəri ərazisində 1950-ci il təvəllüdlü Allahverdi Şərifovun öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan AYNA-ya verilən məlumata görə, araşdırmalarla 1979-cu il təvəllüdlü Seymur Şərifovun Şirvan şəhəri 28 May küçəsində yerləşən mənzildə aralarında yaranmış mübahisə zamanı atası Allahverdi Şərifova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Seymur Şərifov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta