AZ

Yol polisindən bütün sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

BDYPİ-dən verilən xəbərə görə, hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur.

Görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə təsir göstərir və yol-nəqliyyat hadisəsi riskini artırır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, belə hava şəraitində hərəkət zamanı sürət həddini minimuma endirsinlər, ara məsafəsini normadan artıq saxlasınlar və ötmə kimi riskli manevrlərdən çəkinsinlər. Xüsusilə işıq cihazlarından düzgün istifadə olunması, yaxın və duman işıqlarının yandırılması vacibdir.

Seçilən
13
50
aznews.az

10Mənbələr