
ABŞ və İsrail tərəfindən İrana qarşı başladılan münaqişə yanacaq qiymətlərinin artmasına səbəb olub və qarşıda bizi ərzaq böhranı ilə hədələyir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İspaniya hökumətinin rəhbəri Pedro Sançes lideri olduğu İspaniya Sosialist Fəhlə Partiyasının (İSFP) tərəfdarlarına ünvanladığı məktubda bildirib.
Baş nazirin fikrincə, son hadisələr səbəbindən yaranan "qeyri-sabitlik spiralı" bütün regionu və bütövlükdə planeti təhdid edir. İSFP-nin saytında dərc olunan müraciətdə Sançes qeyd edib: "Biz artıq bir aydır Yaxın Şərqdə açıq müharibəni müşahidə edirik: 2 mindən çox insan həlak olub, 4 milyon insan evlərini tərk etməyə məcbur qalıb, tədarük zəncirləri pozulub, neft və qaz qiymətləri kəskin şəkildə yüksəlib və üfüqdə ərzaq böhranı görünüb".