AZ

İki avtomobil toqquşub, Xəsarət alanlar var

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Şəhər ərazisində hərəkətdə olan “VAZ 2107” və “BYD” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
2
50
news365.az

10Mənbələr