AZ

Sergen Yalçın Sadio Maneni Beşiktaş da görmək istəyir

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın hücum xəttini gücləndirmək üçün rəhbərliyə sürpriz ad təqdim edib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən ulduz futbolçu Sadio Maneni komandasında görməyi çox istəyir.

"Türkiye" qəzetinin yaydığı xəbərə görə, Sergen Yalçının bu istəyini nəzərə alan klub rəhbərliyi artıq transfer əməliyyatına başlayıb. 33 yaşlı seneqallı hücumçunun Türkiyə Superliqasına gəlişi mövsüm bitmədən rəsmiləşdirilməyə çalışılır.

"Qara qartallar" bu transferlə həm hücum potensialını artırmağı, həm də azarkeşlərinə böyük bir sürpriz etməyi hədəfləyir. Hazırda futbolçunun şərtləri və klubun büdcəsi arasındakı uyğunluq araşdırılır.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
16
fanat.az

10Mənbələr