AZ

Bənd dağıldı, vəziyyət ağırlaşdı Ramanada evlər yarıyadək suya qərq OLDU FOTO

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhərinin Şuşa Ramana qəsəbəsində yağan güclü yağışlar ciddi fəsadlara səbəb olub. Yağıntı nəticəsində yaşayış evlərini su basıb, bəzi ərazilərdə suyun səviyyəsi həyət və evlərdə təhlükəli həddə çatıb.

Redaktor.az xəbər verir ki, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ tədbirlər görülüb, çox sayda sakin təhlükəsiz ərazilərə təxliyə edilib. Sakinlərin sözlərinə görə, bəzi evlərdə suyun səviyyəsi yarıyadək yüksəlib.

Məlumata görə, Maştağa qəsəbəsində kanal bəndinin aşması vəziyyəti daha da ağırlaşdırıb. Nəticədə suyun həcmi artaraq həm insanların gündəlik həyatına, həm də əmlakına ciddi ziyan vurub.

Bundan əlavə, yağış sularının artması və bəndin zədələnməsi nəticəsində elektrik naqillərinin suya düşməsi təhlükəli vəziyyət yaradıb. Hadisə zamanı elektrik cərəyanı bir nəfəri – Mübariz adlı şəxsi vurub.

Hazırda ərazilərdə suyun nasoslar vasitəsilə çəkilməsi istiqamətində işlər davam etdirilir. Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlamağa çalışır.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
28
redaktor.az

10Mənbələr