AZ

İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir

style='margin-bottom:10px;'>

“Fiorentina” klubu mövsümün ən uğursuz dönəmlərindən birini yaşayır.

QOL.az xəbər verir ki, “Viola News” nəşrinin yaydığı məlumata görə, Florensiya təmsilçisi A Seriyasında 28 turdan sonra cəmi 25 xal toplayıb. 

Bildirilir ki, klub tarixində yalnız iki dəfə daha pis nəticə qeydə alınıb. 1977/78 mövsümündə Karletto Madssonenin rəhbərliyi altında komanda (qələbəyə görə 2 xal verilən sistemlə) 25 xal toplamış və yalnız əlavə göstəricilərə görə elitada qala bilib. Həmin vaxt klub mümkün xalların 42%-ni qazanıb. 2001/02 mövsümündə bu göstərici 24%, 1937/38-də isə 25% olub. Hazırda isə klub mümkün xalların 32%-ni əldə edib.

Qeyd edək ki, "Fiorentina" cari mövsümün gedişində baş məşqçi dəyişikliyi etsə də, Paolo Vanoli hələlik komandanı təhlükəli zonadan uzaqlaşdıra bilməyib. Klub düşmə zonasını cəmi 2 xal qabaqlayır.

Seçilən
24
13
teleqraf.com

10Mənbələr