AZ

İranın unudulan reklamları: mini yubkalı qadınlar efirdə

1970-ci illərə aid İran televiziya reklamı yenidən gündəmə gəlib və geniş müzakirələr doğurub.

NOCOMMENT.az xəbər verir ki, yayılan görüntülərdə qadınların mini yubka və açıq geyimdə, musiqi sədaları altında çay reklamında çıxış etdiyi əks olunur. Bu cür reklamlar həmin dövrdə ölkə üçün adi və qəbul edilən bir hal idi.

Məlumata görə, o illərdə İran sürətlə modernləşən və Qərb həyat tərzinə inteqrasiya etməyə çalışan ölkələrdən biri idi. Televiziya məkanında daha sərbəst mühit hökm sürür, reklamlar da bu azadlığın bir parçası kimi təqdim olunurdu.

Lakin 1979-cu ildə baş verən İran İslam İnqilabı ölkədə köklü dəyişikliklərə səbəb oldu. İnqilabdan sonra media üzərində ciddi nəzarət tətbiq edildi, qadınların efirdə geyimi ilə bağlı sərt qaydalar qoyuldu .

Nəticədə, bu tip sərbəst və Qərb üslublu reklamlar tamamilə yoxa çıxdı. Bu gün isə həmin arxiv görüntüləri sosial şəbəkələrdə yayılaraq İranın keçmişi ilə bu günü arasındakı fərqləri yenidən gündəmə gətirir. /musavat.com/

Seçilən
18
nocomment.az

1Mənbələr