AZ

"Tottenhem" Tudoru göndərdi

"Tottenhem" Tudoru göndərdi

Xorvatiyalı mütəxəssis İqor Tudor qarşılıqlı razılaşma əsasında İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi postunu tərk edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada 14 fevral 2026-cı ildə təyin olunan Tudorun 44 günlük fəaliyyətinə son verildiyi təsdiqlənib. Onun rəhbərliyi altında komanda 7 oyunda cəmi bir qələbə qazanıb və hazırda Premyer Liqada 17-ci yerdədir.

Qeyd olunur ki, Tudor martın 22-də "Nottinhem"lə oyundan (0:3) sonra atasının vəfat etdiyini öyrəndiyi üçün mətbuat konfransına qatılmayıb. Klub rəhbərliyi ona və ailəsinə dəstəyini ifadə edib.

Seçilən
48
50
afn.az

10Mənbələr