AZ

Tehranda hava limanı və bank şöbəsi bombardman edildi

BAKI, 30 mart. TELEQRAF

İran paytaxtı Tehranda Mehrabad beynəlxalq hava limanı və İran Milli Bankının şöbələrindən biri növbəti hava hücumunun hədəfi olub.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, Tehranda hava limanı və bank şöbəsi ilə yanaşı, şəhərin cənubunda yerləşən karton fabriki və Qəsr-Firuzə yaşayış kompleksi də hücuma məruz qalıb.

"Mehr" agentliyi bildirir ki, yaşayış kompleksinə edilən hücum nəticəsində ölənlər var. Lakin onların dəqiq sayı hələ açıqlanmayıb.

Seçilən
34
teleqraf.com

1Mənbələr