Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçiriləcək “Qarabağ” – “Sabah” oyununun biletləri bu gün saat 15:00-dan satışda olacaq.
İdmanxeber.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.
Biletlər iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Matç aprelin 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və saat 20:00-da başlayacaq.
Xatırladaq ki, “Qarabağ” xanım azarkeşlər üçün girişi pulsuz edib.