AZ

U-17 Maltaya qarşı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində növbəti oyununa çıxacaq.

Msport.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda mübarizə aparan komandamız Maltanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Xatırladaq ki, millimiz bu turnirdəki ilk iki oyununda heç-heçə ilə kifayətlənib. Bolqarıstanla matçda 1:1, Litva ilə görüşdə 0:0 hesabı qeydə alınıb.

AÇ-nin seçmə mərhələsi
B Liqası, 2-ci qrup
30 mart

14:00. Azərbaycan – Malta
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya).
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan).
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan).
Plovdiv, Nikola Şterev – Starika İdman Kompleksi.

Seçilən
8
1
msport.az

3Mənbələr