Bu gün Azərbaycan II Liqasında XX tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun bağlanış matçı paytaxtda keçiriləcək.
Ötən gün zirvədəki mövqeyini "Qaradağ Lökbatan"a təhvil verən "Xankəndi" 9-cu pillədə qərarlaşan "Kür-Araz"la üz-üzə gələcək. Görüş saat 14:00-da başlayacaq. Qarabağ təmsilçisi qələbə qazanmaqla yenidən liderliyini bərpa etmək əzmindədir.
Turun digər görüşlərinin nəticələri: "Şəki Siti” - “Dinamo” 1:6, “Ağstafa Gəncləri” – “Quba” 0:1, “Ağdaş” – “Araz Saatlı” 0:0, “Şəmkir” – “Göygöl” 0:0, “Qaradağ Lökbatan” – “Şirvan” 7:3.
Azərbaycan II Liqası
XX tur
30 mart
14:00. “Xankəndi” – “Kür-Araz”
Hakimlər: Rəsul Babayev, Sənan Atayev, Aydın Baxşıyev, Ləman Əmirli
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. "Palms Sports Futbol Mərkəzi (IV meydança).
