AZ

Çin və Şimali Koreya hava əlaqəsini bərpa etdi

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çin ilə Şimali Koreya arasında COVID-19 pandemiyasının başlamasından sonra dayandırılan sərnişin təyyarəsi reysləri bu səhər həyata keçirilən uçuşla yenidən bərpa edilib.

"Cebheinfo.az" xəbər verir ki, Çinin milli aviadaşıyıcısı "Air China"-nın internet saytında yer alan uçuş məlumatlarına görə, "CA121" nömrəli reysi həyata keçirən təyyarə yerli vaxtla saat 08:05-də Pekin Paytaxt Beynəlxalq Hava Limanından qalxaraq, saat 11:00-da Pxenyan Sunan Beynəlxalq Hava Limanına çatıb.

"Air China" daha əvvəl "CA121/CA122" nömrəli Pekin-Pxenyan reyslərini 30 martdan etibarən yenidən başladacağını elan etmişdi. Şirkət bu xətt üzrə "Boeing 737-800" tipli təyyarələrlə hər həftə iki istiqamətli uçuşlar həyata keçirməyi planlaşdırır.

Şimali Koreyanın "Air Koryo" aviaşirkəti 2023-cü ilin sonunda Çinə sərnişin daşımalarını bərpa etmişdi. Şirkət hazırda Çinin Pekin və Şinyan şəhərlərinə həftədə iki dəfə reys təşkil edir.

Çin ilə Şimali Koreya arasında pandemiyaya görə dayandırılan qatar səfərləri də bu ayın ortalarında yenidən fəaliyyətə başlamışdı.

Uçuşların başlaması ilə müntəzəm hava yolu nəqliyyatı da tamamilə açılmış oldu.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
cebheinfo.az

2Mənbələr