Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.
Masazırda yerləşən yolda yağışlardan sonra ciddi problemlər yaranıb.
BAKU.WS-in qaynar xəttinə daxil olan məlumata görə, vətəndaş tərəfindən göndərilən videoda yolun kələkötür vəziyyətə düşdüyü aydın görünür. Bildirilir ki, sözügedən ərazi cəmi 1-2 ay əvvəl təmir olunub.
Lakin son yağışlardan sonra yol örtüyü yenidən sıradan çıxıb, çuxurlar və nahamarlıqlar yaranıb. Bu isə həm sürücülər, həm də piyadalar üçün çətinliklər yaradır.
Vətəndaşlar qeyd edirlər ki, qısa müddət əvvəl təmir olunan yolun bu vəziyyətə düşməsi görülən işlərin keyfiyyəti ilə bağlı suallar yaradır.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərdik.
Şahanə Xankişiyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.