AZ

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Abşeron Ticarət Mərkəzi Abşeron yarımadasında aramsız yağışların törətdiyi fəsadların aradan qaldırılmasında sahibkarlara dəstək verir.

Bakı və Abşeron yarımadasında son günləryağan yağış ticarət mərkəzinin yerləşdiyiərazidə bir neçə mağazaya giriş imkanlarınıməhdudlaşdırıb, alış-verişə maneə yaradıb. Bu fəsadlardan bəzi sahibkarlar zərər çəkib.

"Yaranmış vəziyyətin bizdən asılı olmayan səbəblərdən baş verməsinə baxmayaraq, Abşeron Ticarət Mərkəzi dəymiş zərərin qarşılanmasında, fəsadların aradan qaldırılmasında sahibkarlara dəstək göstərir," – Abşeron TM-in marketinq şöbəsinin rəhbəri Erhan Topkaya belə bildirib. Hazırda sığortalı obyekt sahiblərinəsığorta predmeti üzrə ödənişlərin təmin edilməsi üzərində işlərə başlanılıb.

Qeyd edək ki, Abşeron Ticarət Mərkəzi sahibkarlar üçün sığortalanmış biznesi təmin edir. Ərazidə yerləşən bütün mağaza və anbarlar Abşeron Ticarət Mərkəzi tərəfindən tam şəkildə sığortalanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
5
baku.ws

7Mənbələr