AZ

Qızına görə sevgilisini öldürüb meyitini yandırdı HƏBS OLUNMADI

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Braziliyada məhkəmə 36 yaşlı Erika Pereyra da Silveyra Visenti barəsində bəraət hökmü çıxarıb. O, öz partnyorunu öldürmək və meyiti gizlətməkdə ittiham olunur.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, hakimlər müdafiə tərəfinin arqumentləri ilə razılaşaraq qadını təqsirsiz hesab edib. Bildirilib ki, o, 11 yaşlı qızını qorumaq məqsədilə bu əməlləri törədib.

İş materiallarına əsasən, hadisədən əvvəl bir neçə epizod baş verib. Əvvəlcə Erika 38 yaşlı partnyoru Everton Amaro da Silva-nın telefonunda azyaşlı qızına ünvanlanmış seksual məzmunlu mesajlar aşkar edib. Daha sonra qadın həmin kişini qızın yanında uzanmış vəziyyətdə görüb.

Bundan sonra o, partnyorunun içkisinə Klonazepam qatıb. Kişi huşunu itirdikdən sonra qadın ona çoxsaylı bıçaq zərbələri vurub.

Hadisədən sonra Erika Pereyra da Silveyra Visenti meyiti boş əraziyə apararaq yandırıb. O, məhkəməni gözlədiyi müddətdə bir il həbsdə saxlanılıb.

Prokurorlar cinayətin qəsdən törədildiyini, affekt halında baş vermədiyini bildirərək qadının təqsirli bilinməsini tələb ediblər. Müdafiə tərəfi isə əksinə, Erikanın qızını zorakılıq törədən şəxsdən qoruduğunu və buna görə də bəraət almalı olduğunu vurğulayıb.

Andlılar heyəti müdafiənin arqumentlərini inandırıcı hesab edib. Məhkəmə qərarı Braziliya mediasında və cəmiyyətində geniş rezonans doğurub. Bəraət tərəfdarları qeyd edirlər ki, qadın qızının həyatının ciddi təhlükə altında olduğu vəziyyətdə hərəkət etməyə məcbur qalıb.

Hökm elan olunduqdan sonra Erika Pereyra da Silveyra Visenti həbsdən azad edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
lent.az

1Mənbələr