AZ

Renuar, Sezann və Matissin rəsmləri oğurlandı

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

İtaliyanın Parma əyaləti yaxınlığındakı “Magnani Rocca Foundation” muzeyindən Renuar, Sezann və Matissin milyonlarla avroluq üç rəsm əsəri oğurlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qalereyadan oğurlanan Reuarın “Les Passions” (“Balıqlar”) əsəri təxminən 3 milyon avro qiymətləndirlir.

Qalereyadan həmçinin bir neçə sənət əsəri oğurlanıb.

Oğrular 23 mart gecəsi lazer siqnalizasiyasını keçərək rəsmləri çərçivədən çıxarıblar.

Hazırda Karabinierinin xüsusi bölməsi araşdırma aparır.

Qeyd edək ki, “Magnani Rocca Foundation” muzeyi Avropanın ən mühüm sənət kolleksiyalarından biridir. O, Parmadan təxminən 17 km məsafədə, Mamiano di Traversetolodakı “Villa dei Capolavori” (Şah Əsərlər Villası) ərazisində yerləşir. Burada ən vacib İtaliya sənət kolleksiyalarından biri hesab edilən kolleksiyaçı Luici Manyaninin şəxsi kolleksiyası saxlanılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
yeniavaz.com

1Mənbələr