AZ

Gəncədə maşın betona çırpılıb, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan "Toyota Auqa" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
27
3
apa.az

4Mənbələr