Sent Lüsiya üzərindəki asan qələbə Azərbaycan yığmasının azarkeşlərini sevindirməklə yanaşı, həm də həvəsləndirib. Təbii ki, indi onlar ikinci qələbənin intizarındadı. Bəs Syerra Leone yığması bu yolda nə dərəcədə münasib rəqibdi? Bəribaşdan deyim ki, heç də münasib rəqib deyil. Söhbət təkcə Syerra Leonenin FİFA reytinqində Azərbaycandan 7 pillə irəlidə qərarlaşmasından və ya bu yığmanı vaxtilə yolu hətta “İnter”dən də keçən Məhəmməd Kallonun çalışdırmasından getmir. İş ondadı ki, rəqibin heyətində Avropanın ortababbab və güclü çempionatlarında oyun təcrübəsinə malik futbolçular var. Müdafiəç Cuma Ba “Nitsa”nın, yarımmüdafiəçi Kamil Konte “Linkoln”un, hücumçulardan Yaya Kallon “Kasertana”nın, Sullay Kaykay “Kembric Yunayted”in, Daniel Kanu “Uolsoll”un formasını geyir. Syerra Leone “şirlər”i (orda yığmanı belə adlandırırlar) buna qədər sonuncu oyunu martin 20-də Qvineya-Bisau ilə keçirib və 3:1 hesabıyla qalib gəlib. Maraq üçün Syerra Leonenin həmin oyundakı heyətini xatırladırıq:
1. Əlhaci Sesay
5. Alda Turay
12. Natanyel Yalloh
18. Salliu Taravalli
21. Cuma Ba
4. Abu Dumbuya
8. Əlhəssən Koroma
13. Məhəmməd Banqura
(6. İbrahim Turay, 78)
14. Tirese Fornah
(2. Con Bilili Sesay, 73)
9. Musa Kamara
(17. Momoh Kamara, 78)
11. Mustafa Bundu
(10. Key Kamara, 40)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta