Rasim Balayevlə son görüşümüz Bakıda oldu. Söhbət etdik, dedik-güldük. Onun xoş təbəssümü, nurlu siması və ən əsası yaratdığı bənzərsiz obrazlar mənsub olduğu xalqın qəlbində əbədi yaşayacaq.
Bunu AZƏRTAC-a açıqlamasında tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu söyləyib.
Mərhum sənətkarın hər zaman xatirələrdə yaşayacağını vurğulayan B.Vəziroğlu deyib: “Rasim Balayev ilə uzun illər dostluğumuz olub. Onunla keçirdiyimiz anların dəyərini indi daha yaxşı anlayıram. Mənim üçün ən çətini odur ki, artıq dar məqamda onunla məsləhətləşə bilməyəcəyəm. Bu, çox ağırdır”.