AZ

MY Tonalini razı salmağa yaxındır

"Mançester Yunayted" "Nyukasl Yunayted"in yarımmüdafiəçisi Sandro Tonalini sıralarına cəlb etməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, tərəflər artıq danışıqlara başlayıblar. Mənbə "sağsağanlar"ın hələ Tonalini MY-yə satmaq barədə qərarını qətiləşdirmədiyini, mövsümün sonunu gözlədiyini vurğulayıb. 

Cari mövsüm ağ-qara forma ilə bütün turnirlərdə 47 matça çıxan Tonali 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir. 

Toğrul

Seçilən
13
1
fanat.az

2Mənbələr