AZ

Şeyx Əbdül: "Azərbaycan xalqının böyük bir kino mərhələsini axirət dünyasına yola salırıq" - VİDEO

"Azərbaycan xalqının böyük bir kino mərhələsini axirət dünyasına yola salırıq. Ora da bir az zənginləşsin".

Bu sözləri Xalq artisti Rasim Balayevlə vida mərasimində Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyov (Şeyx Əbdül) Baku TV-yə açıqlaması zamanı deyib.

O, mərhum aktyorla son söhbətini xatırlayaraq söyləyib:

"Türkiyə səfərindən əvvəl 20 dəqiqə telefon vasitəsilə danışdıq. Söhbətimizin əsas qayəsi milli kino məbədgahımızın bərpası ilə bağlı oldu".

Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.

"Cebheinfo.az"

Seçilən
3
3
cebheinfo.az

4Mənbələr