AZ

Millimizin oyununa nə qədər bilet satılıb?

Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ikinci oyununa çıxacaq. 

İdmanxeber.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Syerra Leone yığması ilə üz-üzə gələcək. Bu, Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyun olacaq. 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşə maraq elə də yüksək deyil. Bu saata qədər matça 3 min bilet satılıb. 

Qarşıdakı saatlarda bu rəqəmin bir az daha artacağı gözlənilir.

Xatırladaq ki, Azərbaycan – Syerra Leone qarşılaşması 19:00-da start götürəcək. 

Seçilən
46
idmanxeber.az

1Mənbələr