AZ

Rasim haqqında keçmiş zamanla danışmağa dilim gəlmir Şəfiqə Məmmədova

ain.az, Modern.az saytına istinadən bildirir.

"Bu itki Azərbaycan kinosuna çox ağır təsir etdi. Azərbaycan kinosunun siması olan Rasimi itirdik. Bu anda onun haqqında keçmiş zamanla danışmağa dilim gəlmir. Nə qədər qəribə olsa da, ona elə indi də müraciət etmək istəyirəm.

Modern.az xəbər verir ki, bu sözləri Xalq artisti Şəfiqə Məmmədova Rasim Balayevlə vida mərasimində səsləndirib.

“Rasim… Rasim, sənin yoxluğunu çox hiss edirik, səni çox darıxmışıq. Sənin üçün planlarımız çox idi, deməli sözlərimiz çox idi. Amma deyə bilmədik… belə olacağını düşünmədik

Rasim, sən çox şərəfli bir ömür yaşadın. Təsəlli də bundadır. Düz, ləyaqətli yaşadın. Azərbaycan kinosunun tarixinə o qədər dəyər qatdın ki, özünü bu sənətdə əbədi yaşatdın. Adın Azərbaycan tarixində gözəl hərflərlə yazıldı.

Sən bu böyük, gözəl ailənin başçısı oldun. Dostluqda çox sadiq, çox vəfalı idin. Dostlarınla fəxr edirdin, dostların da səni çox sevirdi. Filmlər yaratdın, filmlərə həyat verdin, obrazlar yaratdın və onların hamısını Azərbaycan xalqına miras qoydun. Və nəhayət, Azərbaycan xalqının sevimlisinə çevrildin. Sən əsl xalq artisti idin. Azərbaycan xalqı da, bu günün və sabahın nəsilləri də səni unutmayacaq. Çünki yaratdığın obrazlar, çəkildiyin filmlər səni yaşadacaq. Adın daim işıq saçsın. Mirasın yaşasın. Əlvida…”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
modern.az

1Mənbələr