ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Daşkəsən rayonunda yağan güclü leysan yağışları ciddi fəsadlar törədib.
Redaktor.az "Unikal"a istinadla məlumat verir ki, intensiv yağıntılar nəticəsində Daşkəsən–Alunitdağ avtomobil yolunun 2-ci kilometrliyində sürüşmə baş verib. Ümumi uzunluğu 3 km olan yolun həmin hissəsində torpaq sürüşməsi səbəbindən nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Hadisə yerinə “31 saylı Yol İstismarı” MMC-nin və aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yol qısa müddətdə təmizlənərək nəqliyyatın hərəkəti bərpa edilib.
Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda ərazidə əlavə bərpa və möhkəmləndirmə işləri davam etdirilir. Hazırda yolda avtomobillərin hərəkətində heç bir ciddi çətinlik müşahidə olunmur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.